BAKI, 25 fev — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt Azərbaycana gəlir.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verdiyi məlumata görə, səfər 29 fevral-1 mart tarixlərində baş tutacaq.
P. Aqramuntun səfər zamanı Azərbaycanda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.