BAKI, 25 fev — Sputnik. Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 2001-ci il təvəllüdlü Əsgərov Qəzənfər Nəbi oğlu həyatını itirib. Hadisə rayonun Baharlı qəsəbəsində baş verib.
APA-nın xəbərinə görə, uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində 9-cu sinif şagirdi Qəzənfərin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.