SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran prezidenti Azərbaycana gələcək

© AP Photo / Ebrahim NorooziПрезидент Ирана Хасан Рухани
Президент Ирана Хасан Рухани - Sputnik Azərbaycan
Abunə olmaq
İran səfiri deyib ki, yaxın yarım il ərzində tərəflər ikitərəfli münasibətlərdə ciddi inkişaf müşahidə edəcəklər.

BAKI, 25 fev-Sputnik. İran prezidenti Həsən Ruhani bu il Azərbaycana səfər edə bilər.

Sputnik-in məlumatına görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, yaxın yarım il ərzində tərəflər ikitərəfli münasibətlərdə ciddi inkişaf müşahidə edəcəklər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də İrana səfər edib. Səfər zamanı tərəflər arasında 11 sənəd imzalanıb. İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında Fövqəladə hallar barədə xəbərdarlıq, məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması haqqında saziş, Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş, Baytarlıq və heyvan sağlamlığı sahələrində əməkdaşlıq haqqında saziş, Elektrik enerjisinin satışına dair saziş, İki ölkəni birləşdirən dəmiryol xətti barədə çərçivə sazişi, İki ölkə arasında Astara-Astara dəmir yolu xətti və dəmir yolu körpüsü əlaqəsi haqqında müqavilə, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ailə və qadın məsələləri üzrə əməkdaşıq sazişi, Səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında iki ölkənin Səhiyyə nazirlikləri arasında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahəsində anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz layihələrinə dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.

Bu gün isə hər iki ölkə başçısının verdiyi tapşırığa əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətninin razılaşdırılması başa çatdırılıb və imzalanıb.

Sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri — Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Sazişdə Azərbaycan Respublikası və İran İslam Respublikasının suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa catdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Burada həmçinin qeyd olunub ki, tikinti işlərinə nəzarət və istismar prosesində Azərbaycanlı mütəxəssislər iştirak edəcək.

Xəbər lenti
0