Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Moskva Suriya münaqişəsindən çıxmaq istəyir

© REUTERS / Maxim ShemetovMoskvada Kremlin binası
Moskvada Kremlin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Qabil Hüseynli: Səudiyyə Ərəbistanının proseslərə qoşulmaq istəməsi Rusiyanı daha da tədirgin edir.

BAKI, 25 fev — Sputnik. "Suriyalı müxaliflərin rus generalları bombalaması 27 fevralda başlayacaq atəşkəsin pozulmasına səbəb ola bilməz". Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Hüseynlinin fikrincə, atəşkəs başlayan günə qədər tərəflər mövqe savaşlarına davam edəcəklər: "27 fevralda atəşkəs başlayan günədək, istər Suriya rejimi və Rusiya bloku olsun, istərsə də müxaliflər və onları dəstəkləyənlər mövqe savaşlarını gücləndirəcəklər. Əsas məqsəd, atəşkəsə qədər daha çox əraziyə nəzarət etmək olacaq".

Əlində Suriya müxalifətinin bayrağını tutmuş uşaq - Sputnik Azərbaycan
Suriya müxalifəti atəşkəsə hazır olduğunu bəyan edib

Politoloq, müxalif qruplaşma olan Ahraruş-Şam əsgərlərinin rus generalları bombalamasını belə izah edib:

"Rəsmi Moskva təsdiq edəcək ya etməyəcək, bunu deyə bilmərəm, ancaq rus hərbi generalların bombalanması artıq faktdır və bunun görüntülərini əks etdirən videolar da yayımlanıb. Atəşkəsə qədər belə hallar olacaq. Ona qalsa, dünən də Rusiya bombardmançı təyyarələri Əsəd rejimi ilə birgə müxaliflərin düşərgələrini bombalamışdılar".

Qabil Hüseynli atəşkəs rejiminin o qədər möhkəm olmayacağını təxmin etdiyini söyləyib.

Politoloq qeyd edib ki, Rusiya atəşkəsin olmasında maraqlıdır: "Rəsmi Moskva bu münaqişədən çıxmaq istəyir. Çünki Rusiyanın özündə ciddi iqtisadi kriz var. Üstəlik də, Səudiyyə Ərəbistanının proseslərə qoşulmaq istəməsi Rusiyanı daha da tədirgin edir. SSRİ dövrü zamanı Əfqanıstan müharibəsində olduğu kimi Rusiya meydanda tək qala bilər. Beynəlxalq aləm ona qarşı birləşə bilər. Ona görə də Kreml münaqişənin uzanmasını istəmir".

Xəbər lenti
0