Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rus turistlərinin saqqızını oğurlamaq üçün nə etməli?

© Wikipedia / AzermanQaxda Ulu körpü
Qaxda Ulu körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən çox gəlir gətirən turistləri hesab olunan rusiyalılar Türkiyə və Misirdən sonra Azərbaycanda istirahətə üstünlük verəcəklərmi?

Rus turistlərinin saqqızını oğurlamaq üçün nə etməli?
BAKI, 25 fev-Sputnik. "Rusiyada fəaliyyət göstərən "Tour a Vent" turizm şirkəti ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanan müqaviləyə əsasən bu şirkət tərəfindən 1 il ərzində Azərbaycanın turizm imkanları barəsində təbliğat və təşviqat kampaniyası aparılacaq".

Bunu Sputnik-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin 30 faizini məhz rusiyalı turistlər təşkil edir və bu rəqəmi daha da artırmaq lazımdır, çünki Azərbaycan üçün Rusiya turistlərin cəlb olunması baxımından prioritet ölkə hesab olunur.

Turizm, Bakı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq

İqtisadçı ekspert Samir Əliyev də Sputnik-ə deyib ki, Azərbaycanın Rusiya turistlərini cəlb etmək şansı var:
"Rus turistləri dünyada ən çox gəlir gətirən turistlər hesab olunur, ona görə də onların üzərində mübarizə gedir. Rusiya turizminin təxminən 20 faizi Misirin, 20 faizə yaxını da Türkiyənin payına düşürdü. Misirlə bağlı məsələ aydındır — ora artıq dayandırılıb, bunun ardınca isə Türkiyə. Deməli bu gün kifayət qədər turist var ki, potensial olaraq gəzmək üçün yer axtarırlar. Rusiyada iqtisadi vəziyyət əvvəlki kimi deyil, ona görə də turistlər əvvəlki dövrdən fərqli olaraq nisbətən ucuz məkanlar axtarırlar. Rus turistlərini cəlb etmək üçün bizim şansımız var: yaxın və isti ölkəyik, bundan başqa dənizə çıxışımız və təbiətimiz var".

Şahdağ Turizm Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub

"Bu günə qədər Türkiyəyə gedən 4 milyon rus turist Azərbaycana gəlməyə başlasaydı, mən Rusiya səfiri kimi ən xoşbəxt insan olardım. Məmnuniyyətlə təsdiq edərdim ki, bizdə Azərbaycana olan turizm marağında artım var". Bu yaxınlarda "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin belə deyib.

"Azərbaycanın turizmi inkişaf etdirmək üçün perspektivi var və ölkə bu istiqaməti prioritetə çevirməkdədir. Lakin bəyan etmək başqa, turizm biznesi yaratmaq başqa. Bu böyük işdir. Realist olmaq lazımdır. Respublikada turizmə böyük əhəmiyyət verilir, həm dənizdə, həm dağlarda infrastrukturu inkişaf etdirməyə çalışırlar, lakin bu gün Azərbaycan milyonlarla rusiyalı turisti qəbul edə bilməz ", — deyə səfir bildirib.

Elə iqtisadçı Samir Əliyev də deyir ki, Azərbaycanda turizmin problemləri təkcə calbedici zona sayılan Xəzər ətrafı ərazilərin hasarlanması ilə bitmir, başqa səbəblər də var:
"Çox təəssüf ki, bizim turizmdə vacib olan bəzi komponentlər çatmır. Birinci, təbii ki, təyyarə biletləridir. Əgər biz turizmi inkifaş etdirmək istəyiriksə, mütləq ucuz uçuşlar təşkil etməliyik ki, ruslar bizdən ucsunlar. Sonra otellər məsələsi. Turistlər gəlsə hansı oteldə qalacaqlar? Qiyməti kifayət qədər yüksək olan 4-5 ulduzlu otellərədmi? Bu otel məsələsi də bu gün çox vacib məsələdir və təəssüf ki, hələki onu həll etməmişik".

Qeyd edək ki, hazırda "Tour a Vent" şirkəti Rusiyadan Azərbaycana 300-350 avro-dan başlayan qiymətlərə səyahət turları təklif edir.

Xəbər lenti
0