BAKI, 24 fev-Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.
Sputnik-in məlumatına görə, Mədət Quliyev Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı onu müşayiət edən nümayəndə heyətinin tərkibində qonşu ölkəyə səfər edib.
İki ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri arasında görüş işgüzar və qarşılıqlı anlaşma şəraitində keçib.
Görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.