ELM

İqtisad Universitetindən daha bir müsbət yenilik

© Sputnik / Fuad HasanovMagistr tələbələrinin dissertasiya işi üzrə imtahan
Magistr tələbələrinin dissertasiya işi üzrə imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanın gedişatını universitet professorları ilə yanaşı, iqtisadçı ekspertlər, QHT nümayəndələri, həmçinin də jurnalistlər izləmə imkanı əldə ediblər.

BAKI, 24 fev – Sputnik. Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda magistr tələbələrinin dissertasiya işi üzrə imtahan keçirilib. İmtahanın gedişatını universitet professorları ilə yanaşı, iqtisadçı ekspertlər, QHT nümayəndələri, həmçinin də jurnalistlər izləmə imkanı əldə ediblər. 

Professor heyəti və ekspertlər qarşısında çıxış edən magistr tələbələri bank işi və ölkə iqtisadiyyatının tənzimlənməsi ilə bağlı öz təkliflərini də veriblər.

İmtahan başa çatdıqdan sonra ekspertlər İqtisad universitetin tərkibində fəaliyyət göstərən Unec radiosunun qonağı olublar. İmtahanın gedişatını və tələbələrin bilik və bacarığını yüksək qiymətləndirən iqtisadçılar gördükləri xoş abu-havadan razı olduqlarını bildiriblər. 

Xəbər lenti
0