Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əlavə 2 minədək dərman yeni qiymətlərlə satılacaq

Abunə olmaq
Sabahdan daha 1940 dərmanın yeni qiymətlərlə satışına başlanılacaq.

BAKI, 24 fev — Sputnik. Sabahdan Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 1940 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq.

APA-nın xəbərinə görə, sabahdan etibarən ümumilikdə 5651 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq.

İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətlərlə müqayisədə belə 20 %-nin qiyməti 2 dəfədən çox, 8 %-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60 %-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.


Xəbər lenti
0