BAKI, 24 fev — Sputnik. Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə ümumxalq hüzn mərasimi keçiriləcək.
Mərasimdə iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Sputnik-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.