CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zərdüşt 70 yaşında da şər atmaqdan, qaralamaqdan əl çəkə bilmir"

© Photo : REPORTVurğun Əyyub
Vurğun Əyyub - Sputnik Azərbaycan
Abunə olmaq
Vurğun Əyyub Zərdüşt Əlizadəni AXC dövrünün TQDK-sına şər atmaqda günahlandırıb.

BAKI, 24 fev-Sputnik. Təhsil naziri Mikayıl Cabbarovun ölkədə imtahan sisteminin dəyişdirilməsilə bağlı verdiyi açıqlamalarla əlaqədar olaraq Sputnik "Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər" sərlövhəli yazı dərc edib. Yazıda politoloq Zərdüşt Əlizadə, TQDK-nın sabiq sədri Vurğun Əyyub və xaricdə təhsil almış ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin fikirlərinə yer verilib. Bu gün Vurğun Əyyub redaksiyamıza müraciət edərək Zərdüşt Əlizadənin "Xalq Cəbhəsi hakimiyyətə gələndə, Türkiyədən test sistemini əxz etdilər. Elə ilk cəhddən də bəzi cəbhəçilərin uşaqları testdən kənar ali məktəblərə keçə bildilər" — sözlərinə etiraz edib.

Qəbul imtahanları. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər

TQDK-nın ilk sədri olmuş Vurğun Əyyub deyib ki, Zərdüşt Əlizadənin söylədikləri yalandır: " Zərdüşt deyir ki, elə ilk cəhddən də bəzi cəbhəçilərin uşaqları testdən kənar ali məktəblərə keçə bildilər. Bu ağ yalan və böhtandır. Zərdüşt 70 yaşında da şər atmaqdan, qaralamaqdan əl çəkə bilmir. Şər atan adama özgə nə cavab verim ki?"

Sputnik-in "Sizin vaxtınızda vəzifəli şəxslərin uşaqlarından kimsə ali məktəbə daxil olmuşdu?" sualına cavabında isə V.Əyyub deyib ki, "onda üzdə olan insanlardan heç kimin övladı qəbul olunmamışdı. Bir çoxlarının yaxın qohumları müsabiqədən keçə bilməmişdi."

"Sizcə Zərdüşt Əlizadə nəyə əsasən bu fikri deyir?" sualına isə V.Əyyub "Səbəbi yəqin ki, Zərdüşt Əlizadənin xarakterində, AXC hakimiyyətinə olan nifrətində axtarmaq lazımdır" — deyə cavab verib.

Xəbər lenti
0