BAKI, 24 fev — Sputnik. ABŞ-dakı prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi çərçivəsində Respublikaçılar Partiyasının Nevada ştatında keçirdiyi kokuslarda (partiya toplantıları) milyarder Donald Tramp qalib gəlib.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp 46,2% səs alıb. Onun əsas rəqibləri — Marko Rubio 23,6%, Ted Kruz isə 20,4% səs toplayıb. Digər namizədlər — Ben Karson və Con Keysik bu "üçlük"dən xeyli geri qalıb.
Bundan əvvəl Nyu-Hempşir və Cənubi Karolina ştatlarında keçirilən ilkin seçkilərdə də Tramp qələbə qazanmışdı. Ayovadakı kokuslarda isə Ted Kruz qalib gəlib.
Beləliklə, öncədən autsayder, alternativ namizəd sayılan Donald Tramp Respublikaçıların prezident seçkilərində əsas namizədinə çevrilməkdədir. Liberal dəyərlərə üstünlük verən milyarder hələ ki, azlıqların və liberalların üstün olduqları ştatlarda qələbə qazanıb. Ekspertlər partiya rəhbərliyinin ona qarşı vahid namizəd ortaya çıxaracağını düşünürlər.