Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonlara qar yağacaq

© Photo : Shahperi AbbasovaQaxda qar
Qaxda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

BAKI, 23 fev — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında fevralın 24-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı, gündüz yağıntıda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq. 

Fevralın 24-26-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. 

Xəbər lenti
0