CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: Bu şəraitdə mediaya həssas yanaşmaq lazımdır

© lent.azƏflatun Amaşov
Əflatun Amaşov - Sputnik Azərbaycan
Abunə olmaq
MŞ sədri: İki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb.

BAKI, 23 fev-Sputnik. «İki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb. Çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır.» 

Sputnik xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, hazırda KİV-lərin illik büdcəsinin təqribən 70 faizə qədəri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) hesabına formalaşır.

"Göründüyü kimi mediamız bazar münasibətləri sistemində hələ oturuşmayıb. Ona görə də, kommersiya qurumları kimi fəaliyyət göstərə bilmirlər. Onlar daha çox ictimai missiya yerinə yetirirlər. Bu missiya indiki şəraitdə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də, KİV-lərimiz qarşılaşdığı iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır" — deyə MŞ-nın sədri bildirib.
Ə.Amaşov həmçinin deyib ki, medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamaq lazımdır. Bu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir.

Xəbər lenti
0