Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

İkinci Dünya müharibəsində sovet və alman ordularının silahları

Abunə olmaq
Sputnik Böyük Vətən Müharibəsi ərəfəsində SSRİ və Almaniyanın silahlanmasını əks etdirən infoqrafika hazırlayıb. 

Fevralın 23-ü Fəhlə-Kəndli Qızıl Ordunun, yəni sovet ordusunun yaranma günüdür. Keçmiş SSRİ ərazisində bu gün həm də qeyri-rəsmi olaraq “Kişilər günü” kimi qeyd olunurdu. 

Məlum səbəblərdən Azərbaycanda artıq “Kişilər günü”nün vaxtı dəyişib. Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin yenə də 23 fevral gəldikdə qeyri-ixtiyari “kişilər günü” yadına düşən çoxsaylı vətəndaşlarımız var. Onların arasında sovet ordusunun sıralarında hərbi xidmət keçmiş və yaxud Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslər az deyil. 

Rəsmi rəqəmlərə əsasən, Azərbaycan 600 mindən artıq vətəndaşını faşist Almaniyasına qarşı döyüşməyə göndərib. Onların ən azı yarısı həlak olub. Bu gün biz həmin müharibədə şücaətlər göstərmiş Həzi Aslanov, İsrafil Məmmədov, Hüseynbala Əliyev və digərlərinin adlarını fəxrlə çəkirik. Onlar öz dövrünün ən güclü hərb maşınlarından biri olan Vermaxtla (alman ordusu) üz-üzə gəlsələr də, bu sınaqdan üzüağ çıxıblar. SSRİ ilə toqquşmadan əvvəl Almaniya Avropa ölkələrini bir-birinin ardınca işğal edirdi. Bəzən Almaniyanın apardığı müharibələr 1 gün çəkirdi. 

Sputnik Böyük Vətən Müharibəsi ərəfəsində SSRİ və Almaniyanın silahlanmasını əks etdirən infoqrafika hazırlayıb. 

İnfoqrafika bir daha babalarımızın qarşılaşdığı müharibə maşınının qüvvəsini nümayiş etdirir.

Xəbər lenti
0