SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyavuş Novruzov: Bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki...

© Sputnik / Murad OrujovSiyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini
Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat Siyavuş Novruzov Milli Məclisdə hökumət üzvlərini tənqid edib.

BAKI, 23 fev-Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir sıra hökumət üzvlərini tənqid edib.

Sputnik-in məlumatına görə, 2016-cı il büdcəsinin yenilənməsinin müzakirəsi zamanı S. Novruzov deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər bu gün iclasda olmalıdırlar.

Bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır.

S.Novruzov Məclisdə olmadıqlarına görə onlara sual verə bilməməsindən şikayətlənib: "Bugünkü iclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov burada çıxış etdi, xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak etsin. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil".

YAP yetkilisi, spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb.

O. Əsədov isə öz növbəsində bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq: "Amma nəzərə alın ki, onların bəziləri cənab prezidentlə birgə İranda səfərdədir".

Xəbər lenti
0