BAKI, 23 fev-Sputnik. Kanadanın baş naziri Justin Trudeau (Castin Trudo) paytaxt Torontoda keçiriləcək gey-paradda iştirak edəcək.
Sputnik CBC-yə istinadən xəbər verir ki, parad iyulun 3-də keçiriləcək. Bu ölkə tarixində bir ilk olacaq. Çünki bundan öncə heç bir hökumət rəhbəri belə bir tədbirdə iştirak etməyib.
"Yenidən gey-paradda iştirak etməyi səbirsizliklə gözləyirəm, əlbəttə bu dəfə baş nazir qismində", — deyə Trudo özünün "twitter" səhifəsində qeyd edib.
Baş nazirlə yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri və digər hökumət nümayəndələri iştirak edəcək.