BAKI, 23 fev-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Tehranda rəsmi səfərdədir.
Sputnik-in məlumatına görə, bu barədə İranın "Mehrnews" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad beynəlxalq hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.
İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə Tehrana gedən İlham Əliyevi Azərbaycanın siyasi və iqtisadi elitası müşayiət edir. İlham Əliyev bir qədər sonra Tehrandakı Sadabad Sarayında Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Bu, İlham Əliyevin Həsən Ruhaninin prezidentliyi dövründə İrana ikinci rəsmi səfəridir.