Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var

© fhn.gov.azQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

BAKI, 22 fev — Sputnik. Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olan “Volkswagen” markalı avtomobillə BYD markalı maşın toqquşub. Zərbənin gücündən  “Volkswagen” səkiyə çıxıb.

Qəza nəticəsində BYD-də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən və ərazidəki kamera görüntülərinə baxıldıqdan sonra məlum olacaq.

Xəbər lenti
0