Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti 2017-ci ildən sonra arta bilər

© REUTERS / Shamil ZhumatovНефть
Нефть - Sputnik Azərbaycan
Abunə olmaq
Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar.

BAKI, 22 fev-Sputnik. Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar.

Нефтяные насосы. Архивное фото - Sputnik Azərbaycan
Neft sürətlə ucuzlaşır

Sputnik Trend-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatında deyilir.

Hesabata əsasən, 2014-2015-ci illərdə neftin hasilatı tələbatı günə müvafiq olaraq 0,9 və 2 milyon barel üstələyirdi. 2016-cı ildə isə bu uyğunsuzluq günə 1,1 milyon barel səviyyəsində təşkil edəcək. Bu göstəricinin düzəlməsini yalnız 2017-ci ildə müşahidə etmək olacaq.

BEA-nın sənədində qeyd olunur ki, 2015-ci ildə dünyanın neftə tələbatı günə 94,4 milyon barel təşkil edib. 2019-2020-ci illərdə isə bu tələbat psixoloji hədd kimi ehtiyac duyulan 100 milyon barel nefti aşacaq.

Xəbər lenti
0