Çin-ABŞ gərginliyi artır

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidÇin bayrağı
Çin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin bəzi adalara müdafiə sistemi yerləşdirdiyi iddiasına qarşı hücum olaraq ABŞ bölgədə hərbi varlığını artırmışdı.

BAKI, 22 fev — Sputnik. Suriya savaşı və qaçqın böhranı dünyanın diqqətini Orta Şərqə yönəldib ancaq Asiya-Sakit okean bölgəsində Çin və ABŞ gərginliyi azalmaq bilmir. Cənubi Çin dənizi üzərində bölgə ölkələriylə suverenlik iddialarından dolayı gərginlik yaşayan Çindən ABŞ-ı hədəf alan açıqlamalar gəldi.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin keçirdiyi mətbuat konfransında Cənubi Çin dənizi müzakirəsinin ABŞ-a dəxli olmadığını, Çin və ABŞ arasında bir problem olmadığını söyləyib. O, ABŞ-ın Çinin bölgədəki məhdud hərbi fəaliyyətləri üzərindən təzyiqi yüksəldən hərəkətləri dayandıracaqlarına ümid etdiklərini deyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çinin suverenliyinin olduğu torpaq üzərindəki məhdud və lazımlı hərbi fəaliyyətlərinin ABŞ-ın Havaydakı fəaliyyətlərindən fərqli olmadığını müdafiə edib.

Pekin rəhbərliyi yeraltı qaynaqları baxımından zəngin Cənubi Çin dənizində başda Filippin olmaq üzrə Vyetnam, Bruney və Malayziyanın da arasında olduğu bölgə ölkələriylə suverenlik müzakirələri aparır.


Xəbər lenti
0