BAKI, 22 fev — Sputnik. İngiltərənin ən bahalı avtomobil istehsalçısı olan “Aston Martin” şirkəti elektromobil istehsalına başlayır.
Sputnik AZƏRTAC agentliyinə istinadla xəbər verir ki, şirkət bununla bağlı Çinin “LeEco” texnologiya korporasiyası ilə razılığa gəlib.
Şirkət rəsmiləri elektromobillərin 2018-ci ildə dünya bazarına çıxarılacağını bildiriblər.