BAKI, 22 fev – Sputnik. İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman 26-28 fevral tarixləri arasında İrana səfər edəcək.
Sputnik “İRNA” agentliyinə istinadla xəbər verir ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı İran rəsmiləri arasında görüşlər keçiriləcək.
Səfər zamanı iş adamlarından ibarət nümayəndə heyəti də İrana gələcək.
İsveçrə-İran ticarət palatasının başçısı və İsveçrənin Tehrandakı sabiq səfiri Philippe Volti bu səfərin böyük əhəmiyyət daşıdığını bildirib, İran ilə ticarət, iqtisadiyyat və siyasi sahələrdə əlaqələrin inkişaf etdirilməsinin ölkəsi baxımından mühüm rol oynadığını deyib.