“Koç” holdinqə yeni rəhbər təyin olunub

© Photo : Bloomberg HTÖmər Mehmet Koç
Ömər Mehmet Koç - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin tanınmış iş adamı, "Koç" Holdinqin İdarə Heyətinin sədri Mustafa Koç yanvarın 21-də infarktdan vəfat edib.

BAKI, 22 fev – Sputnik. Türkiyənin məşhur "Koç" Holdinq şirkəti İdarə Heyərinin yeni sədri Ömər Mehmet Koç olub.

Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

"Türkiyənin iqtisadi və sosial sahələrdə inkişafında əhəmiyyətli paya sahib olan, beynəlxaq arenada ölkəmizi uğurla təmsil edən bir cəmiyyətə və ailəyə mənsub olmaqdan qürur duyuram. Mustafa Koçun vaxtsız vəfatından kədərlənir və ona Allahdan bir daha rəhmət diləyirəm. Onun bizlərə əmanət etdiyi bayrağı irəliyə aparmağı həm məsuliyyət, həm də vəzifə olaraq görürəm", — deyə, Ömər Koç vurğulayıb.

Qeyd edək ki, Türkiyənin tanınmış iş adamı, "Koç" Holdinqin İdarə Heyətinin sədri Mustafa Koç yanvarın 21-də infarktdan vəfat edib.

Mustafa Koç 1960-cı ildə Türkiyədə anadan olub. 1980-ci ildə İsveçrədə "Lyceum Alpinum Zuoz" liseyini, 1984-cü ildə isə ABŞ-da Corc Vaşinqton Universitetini bitirib. 2003-cü il aprelin 4-dən "Koç" Holdinqin İdarə Heyətinə sədrlik edib.

Xatırladaq ki, "Koç" Holdinq Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koç təhvil verərək, özü fəxri sədr olub. Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısında 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır. 

Xəbər lenti
0