Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə idmançının güllələnməsi faktı ilə bağlı rəsmi məlumat yayılıb

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
DİN və Baş Prokurorluq Gəncədə idmançının güllələnməsi faktı ilə bağlı birgə məlumat yayıb.

BAKI, 22 fev — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı məlumat yayıb.

Sputnik-ə daxil olan birgə məlumatda qeyd olunub ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “İsti izlər”lə açılıb.

Məlumata görə, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanlb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, E.Cəlilov kikboksinq üzrə ikiqat Azərbaycan çempionudur.

Xəbər lenti
0