BAKI, 22 fev – Sputnik. “İranın Rusiya ilə əməkdaşlığı əvvəlkindən daha güclüdür. Biz bu əməkdaşlığı Suriya ilə məhdudlaşdırmayıb, İraq, Livan və Yəməndə də davam etdirəcəyik”.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin baş müşaviri Ələkbər Vilayəti bildirib.
O, İran və Rusiya əməkdaşlığını davam etdirərək, Yəmənə müdaxilə edəcəklərini dolayı yolla nəzərə çatdırıb.
Ələkbər Vilayəti Suriyada Bəşər Əsəd rejiminin devirilməməsi üçün Rusiyanın hava hücumlarını dəstəklədiklərini söyləyib.