Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sumqayıt Onkoloji dispanseri niyə bu gündədir?

© Sputnik / Fuad HasanovBinanın ümumi mənzərəsi olduqca bərbad vəziyyətdədir
Binanın ümumi mənzərəsi olduqca bərbad vəziyyətdədir - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt şəhər Səhiyyə: Hələlik digər xəstəxanalarda təmir işləri getdiyindən Onkoloji dispanserdə əsaslı təmir düşünülmür.

BAKI, 22 fev – Sputnik. “Bu gün Sumqayıt şəhərində onkoloji xəstəliklər sürətlə yayılmaqdadır. Təkcə bizə qeydiyyatda 3000 belə xəstə var”. 

Bunu Sputnik-in əməkdaşı ilə söhbətində Sumqayıt şəhər onkoloji dispanserin baş həkimi Fazil Hüseynov deyib. Onun sözlərinə görə, şişdən əziyyət çəkən, lakin xəstəxanaya müraciət etməyən, qeydiyyata düşməyən xəstələr də az deyil. 

Lakin apardığımız çəkiliş zamanı gördüyümüz mənzərə heç də ürək açan olmadı. Söhbət xəstələrin sayından, ya da müalicənin keyfiyyətindən getmir. Onkoloji dispanserin şəraiti, binanın ümumi mənzərəsi olduqca bərbad vəziyyətdədir. Baş həkim Fazil Hüseynov 25 ildir burada işlədiyini və binanın 25 ildir bu vəziyyətdə olduğunu deyib:

“Bizdə olan məlumata görə yeni onkoloji dispanserin tikilib istifadəyə verilməsi planlaşdırılırdı. Lakin dünyada baş verən və ölkəmizə də təsir edən iqtisadi böhran səbəbilə bu plan müvəqqəti yubanıb. Biz ümid edirik ki, yaxın gələcəkdə yeni mərkəz tikilib istifadəyə veriləcək”.

Fazil Hüseynov onu da əlavə edib ki, hazırda binada müəyyən kosmetik təmirlər gedir. Əsasən də binanın girişinin yaxşı görkəmdə olmasının vacib olduğunu (?!) deyən Hüseynov, əsaslı təmirə özlərinin gücü çatmadığını bildirib.

Həqiqətən də, çəkiliş zamanı kosmetik təmir işlərinin getdiyinin şahidi olduq. Lakin bunun kifayət etmədiyini deyən, Fazil Hüseynov, ya əsaslı təmirə ya da yeni binaya ehtiyac olduğunu bildirib. 

Yeni dispanserin tikilib-tikilməyəcəyi, ya da əsaslı təmir olub-olmayacağını araşdırmaq üçün Sumqayıt şəhər Səhiyyə şöbəsinə müraciət etdik. Şöbədən Sputnik-ə bildirildi ki, hələlik digər xəstəxanalarda təmir işləri getdiyindən Onkoloji dispanserdə əsaslı təmir düşünülmür. 

Xəbər lenti
0