CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağacların qanunsuz kəsilməsinə göstəriş verən vəzifəli şəxs 6 min manat cərimələndi

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6 000 manat məbləğində cərimə edilib.

BAKI, 22 fev — Sputnik. Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bildirilib ki, araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Qeyd olunub ki, faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli  şəxs qismində 6 000 manat məbləğində cərimə edilib.

Xəbər lenti
0