BAKI, 22 fev — Sputnik. İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) 2015-ci il üzrə illik hesabatı Milli Məclisə təqdim olunub. APA-nın məlumatına görə, hesabat tanışlıq üçün deputatlara paylanılacaq.
Ombudsman Elmira Süleymanova martın 4-də deputatlar qarşısında illik hesabatla çıxış edəcək.