"Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır"

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidHərbi texnikanın nümayişi, Arxiv şəkli
Hərbi texnikanın nümayişi, Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu dünya silah ticarət barədə növbəti hesabatını dərc edib: İxracatçılar sırasında ABŞ və Rusiya liderdir

BAKI, 22 fev — Sputnik. Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir.

Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.

Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.

"Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır. Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur", —deyə hesabatda bildirilir.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.

Xəbər lenti
0