SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mixail Saakaşvili: "İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir?"

© Sputnik / Alexander Imedashvili / Mediabanka keçidMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Saakaşvili Gürcüstanın hazırkı rəhbərliyinin Azərbaycana qarşı haqsızlıq etdiyini deyib.

BAKI, 22 fev-Sputnik. "Necə unutqan oldunuz?! 2005-ci ildə "Qazprom" boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı." 

Sputnik-in məlumatına görə, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib. Gürcüstanın sabiq baş naziri Bedzina İvanişvilinin "Qazprom" şirkətinin səhmdarı olmadığı barədə dediklərini şərh edən Saakaşvili onun yalan danışdığını söyləyib: "Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili yalan danışmaqda davam edir. O, Rusiyanın "Qazprom" şirkətinin səhmdarı olmadığını iddia edir. Amma hamımız onun "Qazprom"un əsas səhmdarlarından biri olduğunu bilirik. İsveçrədə açıqlanan xüsusi hesabatda da bu barədə yazılıb. Amma o hamını aldatmaqda davam edir. "Qazprom"un səhmdarı birbaşa Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si ona səhmdar olmağa imkan verməzdi."

Tbilisi şəhərinin görüntüsü - Sputnik Azərbaycan
SİYASƏT
Yarım milyon azərbaycanlının taleyi sual altında

"Qazprom"un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırdığını xatırladan Saakaşvili hazırkı Gürcüstan rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz münasibətini pisləyib: "Necə unutqan oldunuz?! 2005-ci ildə "Qazprom" boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi donmaqdan qorudu. Bundan sonra biz Azərbaycanla müqavilə imzaladıq. Bu müqavilə ilə biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlanılıb. İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Düşünməlidir ki, biz necə də naşükür xalqıq. Halbuki gürcü xalqı yox, onun rəhbərliyi naşükürdür".

Xəbər lenti
0