Malayziya sahillərində gəmi batıb, 15 nəfər itkin düşüb

Abunə olmaq
Hamısı yerli sakin olan balıqçıların taleyi barədə hələlik heç bir məlumat yoxdur.

BAKI, 21 fev — Sputnik. Malayziya sahillərində göyərtəsində 15 nəfər olan balıqçı gəmisi batıb.

APA-nın verdiyi məlumata görə, hadisə Lanqkavi arxipelaqının Pulay Payar adası yaxınlığında fevralın 20-də baş verib. Axtarışlara xilasetmə gəmiləri, polis katerləri və bir neçə balıqçı gəmisi cəlb olunub.

Hamısı yerli sakin olan balıqçıların taleyi barədə hələlik heç bir məlumat yoxdur.

Gəminin hansı səbəbdən batdığı da məlum deyil.

Xəbər lenti
0