İŞİD Litvadan təzminat tələb edir

© Sputnik / Andrey SteninThe flag of the radical Islamist organization Islamic State of Iraq
The flag of the radical Islamist organization Islamic State of Iraq - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD terror qruplaşmasının silahlıları Litvanı terror aktları ilə hədələyirlər.

BAKI, 21 fev — Sputnik. İŞİD terror qruplaşmasının silahlıları Litvadan pul təzminatının ödənilməsini  tələb edərək, ultimatum irəli sürüblər.

APA-nın baltNews.lt-yə istinadən verdiyi xəbərə görə, Litva tələbi yerinə yetirməkdən imtina edəcəyi təqdirdə, İŞİD ABŞ-dan gələn hərbi yüklərin son qəbul məntəqəsi və ABŞ Silahlı Qüvvələrinin qarnizonunun istifadəsində olan Yonava dəmir yolu qovşağını partladacağı ilə hədələyib.   

ABŞ hərbçilərinin rotasiya əsasında xidmət çəkdikləri “Rukla”  qarnizonu Yonava şəhərində, “Azot” kimya müəssisəsindən bir neçə kilometr aralıda yerləşir.  

Parlamentin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Arturas Paulauskas ultimatumun detallarını açıqlamaqdan imtina edib.   

İŞİD-in tələb etdiyi vəsaitin məbləği də açıqlanmır. Məlumat DİN-ə ötürülüb və polis artıq terror aktı təhlükəsi faktı üzrə araşdırmalara başlayıb.  

Xəbər lenti
0