BAKI, 21 fev — Sputnik. Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, — deyə Buş bildirib.
Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.