Davudoğlu: Türkiyə yeni təhlükəsizlik konsepsiyası hazırlayacaq

© ulkedehaberƏhməd Davudoğlu - Türkiyənin baş naziri
Əhməd Davudoğlu - Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 81 nəfər yaralanıb.

BAKI, 20 fev — Sputnik. Türkiyə hökuməti fevralın 17-də Ankarada törədilən terror aktından sonra  yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb.

APA-nın məlumatına görə, bu barədə hökumət müşavirəsindən sonra jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz paytaxtda təhlükəsizliyin təmin olunması konsepsiyasının hazırlanmasına başlayacağıq. Heyət gücləndiriləcək, avadanlıqlar yenilənəcək. Paytaxtın mühafizəsinin gücləndirilməsi  prioritet vəzifə  olacaq. Həmçinin şəhərdən keçən bütün magistral yolların  təhlükəsizliyi də gücləndiriləcək. Bəzi əyalətlərdə əlavə təhlükəsizlik tədbirləri görüləcək”, deyə Davudoğlu qeyd edib.  

Xatırladaq ki, fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 81 nəfər yaralanıb.  

Xəbər lenti
0