BAKI, 20 fev — Sputnik. Yaponiyada yaşayan bir əkinçi ailəsindən söz açacağıq. Həyatlarını xoşbəxt yaşayan ailənin başına nələr gəldi?
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ailə başçısı Kuroki arvadını xoşbəxt etmək üçün əməklə, səbrlə iki il içində çox gözəl, böyük bir gül bağçası düzəldir və bizə hər şeyin necə gözəlləşə biləcəyini yenidən öyrədir.
Kuroki cütlükləri 1956-ci ildə evləndikdən sonra iki uşaqları dünyaya gəlir.
Qadın Kuroki görmə bacarığını itirdiyi üçün heç evdən çölə çıxmırmış.
Arvadını çox sevən kişi Kuroki də onu yenidən həyata qaytarmaq üçün görməsə də qoxusunu alıb xoşbəxt olsun deyə bağçaya çiçəklər əkməyə başlayır. İki ildən sonra bağça xoş ətirli iy verən cənnətə çevrilir. Qadın Kuroki də sevginin gücü ilə yenidən evdən çölə çıxmağa və gülümsəməyə başlayır.
İndi çiçəkləri görməsə də onlara toxunub qoxusunu içinə çəkir və əriylə xoşbəxt, məsud bir həyat yaşayır.