BAKI, 20 fev — Sputnik. Avropa Şurasının başçısı Donald Tusk İngiltərənin Avropa Birliyində qalmaq üçün təkid etdiyi islahatlarla əlaqədar razılaşmanın əldə edildiyini bildirib.
Əldə edilən razılaşmanın məzmunu isə hələ açıqlanmayıb. Dünən başlayan Avropa Birliyi (AB) liderləri sammitində İngiltərənin AB-dəki gələcəyi müzakirə edilib.
İngiltərənin Baş naziri David Cameron AB-də qala bilmək üçün 4 şərt irəli sürüb. Bu şərtlər arasında "AB-yə üzv olan ölkələrdən İngiltərəyə gələn immiqrantların dövlət yardımları ala bilməsi üçün ölkədə ən az 4 il yaşaması" maddəsi ən çox müzakirə edilən mövzu olub.
İngiltərənin AB-dəki gələcəyi ilə bağlı 2017-ci ilin sonuna qədər referendum keçiriləcəyi gözlənilir. Cameron deyib ki, əgər razılığa gəlsələr İngiltərənin AB-də qalması üçün kampaniya aparacaq.