BAKI, 20 fev — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığı 1 saat 20 dəqiqə davam edib.
Telefon danışığında Suriyadakı son vəziyyət və terrorla mübarizə məsələləri, ABŞ-Türkiyə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri mövzuları ələ alınıb.
Ərdoğan da terrorla mübarizə mövzusunda müttəfiqlərin həmrəylik içərisində olmalarının əhəmiyyətinə işarə edib.
Obama Suriya rejiminin və YPG-nin son dövrdə Suriyanın şimal-qərbində irəliləməsi ilə bağlı narahatlıqlarını dilə gətirib.
ABŞ prezidenti Türkiyənin milli təhlükəsizliyini dəstəkləyib.
Ərdoğan və Obama Suriyadakı qarşıdurmaların dayandırılması ilə bağlı Münhendə qərara gələn razılığı dəstəklədiklərini vurğulayıblar.
İki ölkənin lideri İŞİD-lə mübarizədə ortaq hədəflərin olduğunu ifadə ediblər.