BAKI, 20 fev — Sputnik. İtaliyanın dünya şöhrətli yazıçı-mütəfəkkiri və filosofu Umberto Eko 84 yaşında vəfat edib.
Sputnik bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
U.Eko “Qızılgülün adı (1980), “Fukonun rəqqası” (1988), “Bir gün əvvəlki ada” (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı “Sıfır Sayı” 2015-ci ildə işıq üzü görüb.
Umberto Eko 1932-ci il, yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.