BAKI, 19 fev — Sputnik. Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf Malkoç Ankara hücumunu həyata keçirən PYD-YPG-ni terror təşkilatı olaraq görmədiyini açıqlayan ABŞ-ı tənqid edib. Malkoç İncirlik bazasının Amerika təyyarələri üçün bağlana biləcəyini söyləyib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Malkoç ABŞ-a qarşı alına biləcək tədbirlər çərçivəsində İncirlik bazasının Amerika təyyarələrinin üzünə bağlanıla biləcəyini bildirib.
Baş müşavir deyib ki, Türkiyənin imkanları çox genişdir. İncirlik bazası və digər tədbirlər də görülə bilər. ABŞ Suriyada Türkiyə əleyhinə hərəkət edir.
Malkoç ABŞ-ın PYD terror təşkilatı ilə dost və müttəfiq olduğuna diqqət çəkib.