Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

PYD Türkiyəyə qarşı terror aktlarını davam etdirəcək

© AFP 2024Ankara patlama
Ankara patlama - Sputnik Azərbaycan
Abunə olmaq
Türk politoloq: Dünya liderləri "Charlie Hebdo" terroruna göstərdikləri həssas münasibəti Ankara terroruna göstərməyəcək.

BAKI, 19 fev-Sputnik. Terror hücumu Türkiyənin sabitliyinin pozulması üçün həyata keçirilmiş bir aksiyadır. Bu aksiyanın baş verməsində Suriyanın kəşfiyyat qüvvələrinin yardım etdiyi ciddi bir şəkildə iddia edilir. Bu da Türkiyənin Bəşər Əsədi niyə istəmədiyini aydın bir şəkildə ortaya qoyur.

Bu sözləri Sputnik-ə fevralın 17-də Ankarada baş verən terror aktını şərh edən türk politoloq Yusuf Çınar deyib.

Sözügedən terror aktında 28 nəfər həlak olsa da, dünya 2015-ci ilin 7 yanvarında Parisdə Charlie Hebdo jurnalının redaksiyasına basqın zamanı 12 nəfərin öldürülməsinə verdiyi reaksiyanı, Ankaradakı terror qurbanlarına vermədi. Paris küçələrində terror qurbanları üçün qol-qola yeriyən dünya liderlərini də Ankarada görmədik.

Теракты в Париже  - стадион Стад де Франс - Sputnik Azərbaycan
Fransada dəhşətli terror

Paris terroruna göstərilən həssaslığın Ankara terroruna niyə göstərilmədiyini şərh edən Yusuf Çınar deyib: "Charlie Hebdo hücumları ilə Ankaradakı terror hücumlarının oxşar tərəfi Suriyadan gələn mühacir fanatiklərin köməyilə edilməsidir. Onları fərqləndirən nöqtə isə bu hücumun arxasında YPG-nin olmasıdır. Dolayısıyla dünya Charlie Hebdo hücumlarında "radikal islamçı" təşkilatların nə qədər təhlükəli ola biləcəyini görmüş və terrora qarşı birlik nümayiş etdirmişdi. YPG-nin etdiyi bu hücum qarşısında dünya liderlərinin eyni həmrəyliyi nümayiş etdirəcəyini düşünmürəm. Çünki beynəlxalq ictimaiyyət terroru sadəcə radikal islamçı aktlar kimi qələmə verir. YPG və PYD-ni isə beynəlxalq ictimaiyyət terror təşkilatları kimi qəbul etmir."

BMT Təhlükəsizlik Şurasının öz qərarı ilə Türkiyəni PYD ilə mübarizəni sona çatdırmağa çağırdığını xatırladan politoloq "Görünən budur ki, PYD istədiyini əldə edənə qədər Türkiyəyə narahatlıq yaratmağa, terror aktları törətməyə davam edəcək." — deyə bildirib.

Xəbər lenti
0