BAKI, 19 fev – Sputnik. Diyarbəkir vilayətinin Sur qəsəbəsində içərisində 12 türk əsgərinin olduğu bina naməlum səbəbdən çöküb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, əsgərlərdən 9-u dağıntılar altından çıxarılsa da, qalan 3 nəfər hələ də xilas edilə bilməyib.
Ərazidə xilasetmə işlərinin aparıldığı bildirilir.
Qeyd edək ki, Sur qəsəbəsi PKK terrorçuların aktiv olduğu yerlərdəndir. Və son vaxtlar türk ordusu və polisi həmin qəsəbəni terrorçulardan təmizləmək üçün geniş hərbi əməliyyatlar keçirir.
Bundan başqa iki gün əvvəl Ankarada törədilən terrorla bağlı tutulanların sayı 17-yə çatıb.
Xatırladaq ki, dünən prezident Rəcəb Tayyib Ərdoğan həbs olunanların sayının 14 olduğunu, ancaq bunun son rəqəm olmayacağını bildirmişdi.
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə terrorla bağlı heç kimin göz yaşına rəhm edilməyəcəyini, günahkarların cəzalandırılacağını bəyan edib.
Qeyd edək ki, fevralın 17-də törədilən terror aktı nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər yaralanıb. Hadisəni PKK terror təşkilatının Suriyadakı qolları PYD və YPG-nin törətdiyi bildirilir.