BAKI, 19 fev – Sputnik. “Türkiyə ABŞ-ın razılığı olmadan Suriyaya hərbi müdaxilə edə bilməz”. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə sərhəddə tampon zonası yaratmaq istəyir. Bir neçə kilometr ərazini əhatə edəcək bu bölgə, Türkiyənin əsas problemi olan PKK-nın irəliləməsinin qarşısını alcaq. Belə bir addım, Rusiya və Suriya ordusunun hücumu altında olan müxalif qruplar üçün etibarlı bölgə ola bilər.
Pentaqon isə İŞİD-ə qarşı əməliyyatları artırmaq istəyir. ABŞ Müdafiə Nazirliyi rəsmiləri Ağ Evin xüsusi əməliyyatların artırılmasını təsdiq etdiyini söyləyir. Həmçinin Suriyada Əsəd hakimiyyəti ilə vuruşan qüvvələrə silah yardımı da artırıla bilər.
Ekspertlər bildirirlər ki, Rusiyanın sentyabr ayında Suriyaya müdaxiləsindən sonra müxalif qruplaşmaların silahları azalıb.