Bu günlərdə neft ölkələri hasilatın bir müddətlik dondurulması məsələsini fəal şəkildə müzakirə edirlər. Bu addım dünyada xeyli düşmüş neft qiymətlərinin lap dibə vurmasının qarşısını almaq, dolayı yolla isə neft hasil edən ölkələrin gəlirlərini artırmaq məqsədi güdür.
Ümumilikdə isə neft ölkələrinin bəzilərində hasilatın azalması prosesi artıq çoxdan, neftin qiymətlərinin düşməsi prosesindən bir qədər əvvəl başlayıb. Bunu konkret Azərbaycan Respublikasının nümunəsində görmək mümkündür.