BAKI, 19 fev — Sputnik. Avropa Birliyi 500 avro, İsveçrə 1000 frank, İngiltərə isə 50 sterlinqi, cinayət törədən təşkilatların və terrorçu qrupların qarşısını almaq məqsədi ilə tədavüldən qaldırmağı düşünür. Bu hadisə amerikalı mütəxəssisləri də hərəkətə gətirib.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Amerikanın sabiq maliyyə naziri Lavrence Summersin 100 dolların da bazardan çəkilməsinin lazım olduğunu deməsi ölkədə yeni müzakirənin açılmasına səbəb olub. Böyük əskinaslardan, son dövrlərdə bütün dünyada artan terroru və qeyri-qanuni fəaliyyətləri maliyyələşdirmək üçün istifadə edilməsi, onların dövriyyədən qaldırılmasının təhlükəsizlik baxımından müsbət addım olacağı ehtimal olunur.
ABŞ-ın sabiq maliyyə naziri başda olmaqla, mütəxəssislər bunun təhlükəsizliklə yanaşı, banklardan yüksək miqdarda nağd pul çəkilməsini əngəlləyəcəyinə də diqqət çəkirlər. ABŞ rəhbərliyi isə hələlik belə bir plan olmadığını söyləyir.
100 dollarlıq əskinasların bazardan çıxarılmasının asan olmayacağını deyən mütəxəssislər, tədavüldə 10.8 milyard ədəd, başqa bir sözlə, təxminən 1.1 trilyon dollarlıq 100-lük dollar olduğunu xatırladırlar. Bu 100 dollarlıq əskinasların təxminən üçdə ikisinin ABŞ-dan xaricdə olduğu təxmin edilərkən, amerikalıların da "hədiyyə vermək", ya da evdə saxlayaraq qənaət etmək üçün 100 dolları seçdikləri qeyd edilir. ABŞ-da dövriyyədəki pulların 28 faizini də 100 dollarlıq əskinaslar təşkil edir.