Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

70 il əvvələ ekskursiya...

Abunə olmaq
Burada dahi xanəndənin ömür yolunu, yaradıcı, pedaqoji, elmi və ictimai fəaliyyətini işıqlandıran 9000-ə yaxın eksponat qorunub saxlanır

Bu gün Azərbaycanda 250-dən çox muzey fəaliyyət göstərir və bu muzeylər profillərinə uyğun olaraq özündə tarixi yaşadır. Belə muzeylərdən biri də, dünya şöhrətli azərbaycanlı vokal ifaçısı, xalq artisti Bülbülün ev muzeyidir. Sputnik-in əməkdaşı bu muzeydə gördüklərini və orada yaşadılan tarix haqda duyduqlarını qələmə alıb.

Bülbül Azərbaycanda ilk vokal ustası, geniş səs imkanlarına malik olan xanəndə, xalqın sevimlisi olub. Azərbaycan KP MK-nın, Respublika Nazirlər Sovetinin 16 iyun 1976-cı il, №223 qərarı ilə, 10 iyun 1982-ci ildə Bakıda, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin Mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyi açılıb.

Bu, ölkəmizdə vokalçı üçün yaradılan ilk muzeydir. Muzey mərhum prezident Heydər ƏIiyevin şəxsi təşəbbüsü ilə yardılıb. Bu günə kimi də qapıları azərbaycanlıların, eyni zamanda bütün turistlərin üzünə açıqdır.

Bülbül Şuşa şəhərində doğulub və yaşayıb. Sonradan Gəncəyə, oradan da Bakıya köçüb. Hazırda muzey olan evdə 1937-ci ildən ömrünün sonunadək, yəni 1961-cil sentyabr ayının 26-dək yaşayıb.

Muzeyin direktoru Fərqanə Cabbarovanın dediyinə görə, zəngin Bülbül irsinin əvəzsiz tədqiqatçısı, Bülbülün xanımı, uzun illər Bülbülün Memorial Muzeyinə rəhbərlik edən Adelaida Məmmədova ömrünün sonunadək Bülbül irsini mühafizə etməklə, Azərbaycan musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərib. Məhz onun fədakarlığı sayəsində bu gün muzeydə Bülbülün ömür yolunu, yaradıcı, pedaqoji, elmi və ictimai fəaliyyətini işıqlandıran 9000-ə yaxın eksponat qorunub saxlanır.

"Muzeyin fondlarında toplanmış materiallar Bülbülün yarım əsrdən artıq bir müddətdə Azərbaycan mədəniyyətində, incəsənətində əvəzsiz xidmətlərini aydın şəkildə göstərir", —deyə direktor bildirdi.

Muzeydəki eksponatlardan yataq otağındakı çarpayı xüsusi diqqət çəkir. Onun üzərində Hötenin "Faust" facisəsinin obrazları işlənıb. Çarpayı alman istehsalıdır, əl işidir, qoz ağacından hazırlanıb.

Milan vitrini adlanan muzeyin guşəsində xarici passport, maestro Rafaelle Qraninin məktubları və vizit vərəqəsi, daimi tramvay bileti, italyan dilini fərdi öyrənmək üçün Bülbülün qeydləri olan "Berlits məktəbinin" kitabı, Arturo Toskaninin konsert proqramı, Deli Pontinin təbrik açıqcası yer alır.

Qonaq otağında qızılı rəngdə saat da diqqət çəkir. Saat Fransa istehsalıdır və tuncdan hazırlanıb. Sanki yenicə istehsaldan çıxıb. Nəzərə çəkən əşyalardan biri də "Edison" fonoqrafıdır. Görkəmli xalq sənətkarlarının ifası Bülbülün 1932-ci ildə Leninqraddan gətirdiyi "Edison" fonoqrafı vasitəsilə fonovaliklərə yazılıb. Həmçinin, Azərbaycanın rayonlarına musiqi folklorunun toplanması üçün ekspedisiyalar təşkil olunurdu.

Xalq artistinin qrim əşyaları da maraqla qarşılanır. 40 il Opera və Balet Teatrında istifadə etdiyi qrim və kiçik çamadan indi də muzeydə qorunub saxlanır. 80-dən artıq yaşı olan Ripoletto operasının afişası da muzeyə xüsusi gözəllik verir.

Bir sözlə, Bülbülün sehrinə düşmək, xalq artistinin yaşadığı dövrə ekskursiya edib, həmin dövrü yaşamaq istəyənlər bu muzeydə arzularına çata bilərlər. Ayrıca, muzeyə giriş də ödənişsizdir…

© Sputnik / Tarana KhudabakhshiyevaUstadın yubileyinə toxunmuş xalça.
Ustadın yubileyinə toxunmuş xalça - Sputnik Azərbaycan
1/13
Ustadın yubileyinə toxunmuş xalça.
© Sputnik / Tarana KhudabakhshiyevaDiqqətçəkən eksponatlardan biri də Bülbülün şəxsi pianosudur.
Diqqətçəkən eksponatlardan biri də Bülbülün şəxsi pianosudur - Sputnik Azərbaycan
2/13
Diqqətçəkən eksponatlardan biri də Bülbülün şəxsi pianosudur.
© Sputnik / Tarana KhudabakhshiyevaYataq otağındakı çarpayı müzeyə gələnlərin böyük marağına səbəb olur.
Yataq otağındakı çarpayı müzeyə gələnlərin böyük marağına səbəb olur - Sputnik Azərbaycan
3/13
Yataq otağındakı çarpayı müzeyə gələnlərin böyük marağına səbəb olur.
© Sputnik / Tarana KhudabakhshiyevaÇarpayının üzərində Hötenin "Faust" facisəsinin obrazları işlənıb.
Çarpayının üzərində Hötenin Faust facisəsinin obrazları işlənıb - Sputnik Azərbaycan
4/13
Çarpayının üzərində Hötenin "Faust" facisəsinin obrazları işlənıb.
© Sputnik / Tarana Khudabakhshiyeva1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell Azerbedgian” adlı məqalə çap etdi.
1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell Azerbedgian” adlı məqalə çap etdi - Sputnik Azərbaycan
5/13
1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell Azerbedgian” adlı məqalə çap etdi.
© Sputnik / Tarana KhudabakhshiyevaDivardakı portret.
Divardakı portret - Sputnik Azərbaycan
6/13
Divardakı portret.
© Sputnik / Tarana KhudabakhshiyevaQonaq otağında qızılı rəngdə saat da diqqət çəkir.
Qonaq otağında qızılı rəngdə saat da diqqət çəkir - Sputnik Azərbaycan
7/13
Qonaq otağında qızılı rəngdə saat da diqqət çəkir.
© Sputnik / Tarana KhudabakhshiyevaBülbülün 1932-ci ildə Leninqraddan gətirdiyi "Edison" fonoqrafı.
Bülbülün 1932-ci ildə Leninqraddan gətirdiyi Edison fonoqrafı - Sputnik Azərbaycan
8/13
Bülbülün 1932-ci ildə Leninqraddan gətirdiyi "Edison" fonoqrafı.
© Sputnik / Tarana KhudabakhshiyevaMusiqi əsərlərini not yazıları.
Musiqi əsərlərini not yazıları - Sputnik Azərbaycan
9/13
Musiqi əsərlərini not yazıları.
© Sputnik / Tarana KhudabakhshiyevaXanəndənin doğulub boya-başa çatdığı Şuşadakı evin maketi.
Xanəndənin doğulub boya-başa çatdığı Şuşadakı evin maketi - Sputnik Azərbaycan
10/13
Xanəndənin doğulub boya-başa çatdığı Şuşadakı evin maketi.
© Sputnik / Tarana KhudabakhshiyevaOrden və medallar.
Orden və medallar - Sputnik Azərbaycan
11/13
Orden və medallar.
© Sputnik / Tarana KhudabakhshiyevaPalmali şirkətlər qrupunun Bülbülün yubileyinə münasibətilə xanəndənin adını verdiyi tankerin maketi.
Palmali şirkətlər qrupunun Bülbülün yubileyinə münasibətilə xanəndənin adını verdiyi tankerin maketi - Sputnik Azərbaycan
12/13
Palmali şirkətlər qrupunun Bülbülün yubileyinə münasibətilə xanəndənin adını verdiyi tankerin maketi.
© Sputnik / Tarana KhudabakhshiyevaUstadın şəxsi əşyaları.
Ustadın şəxsi əşyaları - Sputnik Azərbaycan
13/13
Ustadın şəxsi əşyaları.
Xəbər lenti
0