Rusiya XİN: Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМинистерство иностранных дел России
Министерство иностранных дел России - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

BAKI, 18 fev — Sputnik. ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmürük.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

İsveç xarici işlər nazirinin Bakıda keçirdiyi mətbuat konfransında Minsk qrupunun formatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya XİN sözçüsü qeyd edib ki, Minsk qrupunun formatı hamı tərəfindən qəbul olunur: "Bu format bir çox məqamlarda effektivdir. Ona görə də onun dəyişdirilməsinə ehtiyac görmürük".

Xəbər lenti
0