CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yaşayan rus və türklərdən Putinlə Ərdoğana müraciət

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər Çar Rusiyası-Osmanlı savaşları olmasaydı, bu gün Amerika əsgərləri Yaxın Şərqdə, Ukraynada, Əfqanıstanda, Baltikyanı ölkələrdə "at oynada" bilməzdilər"

BAKI, 18 fev — Sputnik. Türkiyə ilə Rusiya arasında gün keçdikcə daha da gərginləşən münasibətlər Bakıda yaşayan türklərlə rusları narahat etməyə başlayıb. Sputnik əməkdaşının Bakıda həmsöhbət olduğu hər iki ölkə vətəndaşları əlaqələrin tezliklə normallaşacağına ümid etdiklərini bildiriblər.

© Sputnik / Fuad HasanovАли Омар, студент из Турции, получающий образование в азербайджанском вузе
Али Омар, студент из Турции, получающий образование в азербайджанском вузе - Sputnik Azərbaycan
Али Омар, студент из Турции, получающий образование в азербайджанском вузе

Bakıda ali təhsil alan türkiyəli tələbə Ali Ömər əməkdaşımızla söhbətində olduqca maraqlı məqamlara toxunub. Tarix fakültəsinin tələbəsi olduğunu deyən Ali Ömər deyib ki, əgər Çar Rusiyası-Osmanlı savaşları olmasaydı, bugün Amerika əsgərləri Yaxın Şərqdə, Ukraynada, Əfqanıstanda, Baltikdə "at oynada" bilməzdilər.

"Mən tarix fakültəsində oxuyuram və oxuduqlarım mənə göstərir ki, rus-türk gərginliyi hər dəfə Qərbin işinə yarayıb. Əgər Çar Rusiyası-Osmanlı savaşları olmasaydı, bu gün amerikan əsgərləri Yaxın Şərqdə, Ukraynada, Əfqanıstanda, Baltikdə at oynatmazdılar", —deyə tələbə bildirib.

Ali Ömər tarixən yaşanan rus-türk müharibələrindən hər iki tərəfin böyük itkilər verdiyini deyib: "Hər iki tərəf də itirib, özü də çox itirib. Bu müharibələr nəticəsində həm rus, həm də türk xalqı sənayedə, irəli texnologiyada Qərbdən çox geri qaldı. Əfsuslar olsun ki, bu proses hələ də davam edir. Bir tərəfdə kosmosa turlar təşkil edən amerikalıları, avropalıları görürəm, digər tərəfdə hələ də orta əsr mentaliteti ilə yaşayan bölgəmizi görürəm. Və bu məni təəssüfləndirir".

"Niyə insanlar daha çox Avropaya, Amerikaya köç edirlər? Hələ heç müharibədən qaçan miqrantları demirəm. Adi insanları deyirəm. Onları Qərbə tərəf çəkən yaşayış səviyyəsidir. Bax o səviyyə nə Rusiyada nə də Türkiyədə hələ qurulmayıb. Siyasətçilərimiz bunlarla məşğul olsunlar, yaşayış standartlarını artırsınlar. Yoxsa Bəşər Əsədə görə xalqları bir-birinə düşmən etməsinlər", —deyə A. Ömər vurğulayıb.

Bakıya ali təhsil arxasınca gələn İbrahim Erkan da hazırki rus-türk qarşıdurmasından, sadəcə bu iki böyük dövlətin zəifləməsini istəyənlərin qazandığını düşünür: "Bunun nəticəsində hər iki dövlət zəifləyir və Qərbdən asılı hala düşür. Axı son aylaradək yüksək səviyyədə münasibətlərə malik olan Türkiyə və Rusiya, niyə bir-birə düşmən oldu? Onları kimtəxribata çəkdi? Ərdoğanın və Putinin səyləri nəticəsində tarixdə olmamış bir dostluq münasibətləri yaranmışdı. Amma biz bu münasibətləri qoruyub saxlaya bilmədik. Bunu araşdırmaq lazımdır".

Son 15 ildə ruslarla türklərin bir-birinə qaynayıb-qarışdığını deyən Erkanın sözlərinə görə, Türkiyədə bu gün hər 5 kişidən birinin həyat yoldaşı rusdur: "Biz qohum olmuşuq, bir-birimizə qaynayıb-qarışmışıq. Qarşılıqlı ticarət qurub, keçmiş nifaqları unutmuşuq. Bu gərginlik, düşməncə rəftarlar kimə lazımdır axı?".

© Sputnik / Murad OrujovСалим Чевик, предприниматель
Салим Чевик, предприниматель - Sputnik Azərbaycan
Салим Чевик, предприниматель

Iğdırdan olan Türk vətəndaşı Salim Çevik Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, hazırki gərginliyə baxmayaraq, rus-türk əlaqələrinin düzələcəyinə ümidvardır: "Mənim şərikim rusdur. Adı Oleqdir. Moskvadan bizə mal göndərir. Uzun illərdir onunla dostluq edirəm və bir dəfə də olsun aramızda inciklik olmayıb. Mən ona türk, o da mənə rus deyir. Səbəbini soruşanda "xasiyyətlərimiz eynidir" deyir. Həqiqətən də belədir, türklərlə ruslar zəhmətkeşlikdə bir-birilərinə çox oxşayır. Ailə dəyərlərimiz də oxşardır. Ona görə də arzu edirəm ki, dövlətlər arası münasibətlər tez düzələr. Hər iki ölkənin liderlərinə müraciət edərək, onları münasibətlərin daha da korlanmaması və dostluq ilişkilərinin bərpa edilmə yönündə hərəkətə keçməyə səsləyirəm".

© Sputnik / Murad OrujovНадежда Галетова, гражданка Азербайджана русского происхождения
Надежда Галетова, гражданка Азербайджана русского происхождения - Sputnik Azərbaycan
Надежда Галетова, гражданка Азербайджана русского происхождения

Bakıda yaşayan, özəl şirkətlərin birində mühasib işləyən, Rusiya əsilli Nadejda Qaletova da Rusiya ilə Türkiyə arasında yaşanan qarşıdurmalardan ciddi narahatlıq keçirir: "Bu gün kimlərsə Suriyada qətliam törədir, körpə uşaqlar ölür və prosesə region ölkələrini də qatırlar. Rusiya ilə Türkiyəni həmin güclər qarşı-qarşıya gətirdilər, indi də bu bataqlıqdan çıxa bilmirik".

"Onsuz da bölgədə insanlıq dramı yaşanır. Üstəlik Türkiyə ilə Rusiyanın da arasının pisləşməsi daha faciəvi nəticələrə yol aça bilər. Həm Putindən, həm də Ərdoğandan xahiş edirəm ki, qarşılıqlı nifrətə deyil, dostluğa, sülhə, köhnə münasibətlərin bərpasına yönəlik addımlar atsınlar. Hər iki liderin iradəsi ortaya qoyularsa, bu iki dövlətin arasını vurmağa çalışanların niyyəti baş tutmayacaq", —deyə T. Qaletova bildirir.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsi Türkiyə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Ankara hadisənin, rus təyyarəsinin Türkiyənin hava məkanını pozduğu üçün baş verdiyini bildirsə də, Moskva qarşı tərəfi cinayətdə ittiham edir. O gündən bu yana iki dövlət arasındakı münasibətlər xeyli gərginləşib, tərəflər bir-birilərini sərt ifadələrlə ittiham edir.

Xəbər lenti
0