Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Növbəti ixtisarlar dalğası "yolda"

© fotodes.ruFəhlə
Fəhlə - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər neftin qiymətinin 25 dollardan götürülməsini nəzərdə tutan yenilənmiş bübcə layihəsini təhlil edirlər: "İxtisarlar qaçılmazdır"

Növbəti ixtisarlar dalğası yolda
BAKI, 18 fev — Sputnik. Neftin qiyməti 25 dollar olsa da, lazım olan layihələr icra ediləcək. Prezident İlham Əliyev Tovuz rayon ictimaiyyəti ilə görüşü zamanı belə fikr səsləndirib.

"Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi — 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik", — deyə dövlət başçısı bildirib.

Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ekspert: dövlət strukturlarına ayrılan vəsait ciddi ixtisar olunacaq

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, neftin qiymətinin belə aşağı səviyyədə götürülməsi ölkənin həm gəlirlərinə, həm xərclərinə, həm də büdcə parametrlərinə ciddi təsir göstərəcək. "Düşünürəm ki, Prezidentin çıxışında söhbət sosial lahiyələrdən gedirdi. Prezident sosial lahiyələr, yəni insanların əmək haqqı, təqaüd və digər məsələlərdə problemlərin olmayacağı haqqında bundan öncə də bildirmişdi", —deyə N. Cəfərli Spupnik-ə açıqlamasında bildirib.

"Bir çox lahiyələr artıq təxirə salınıb. Büdcə parametrlərinə baxanda görürük ki, müəyyən dəyişikliklərdən sonra ixtisarların olması və müxtəlif lahiyələrin təxirə düşməsi qaçılmazdır. Çünki, neftin qiymətinin 25 dollar götürülməsi, əvvəlcədən nəzərdə tutulmuş lahiyələrin həyata keçirilməsində təbii ki, problemlər yaradacaq", —ekspert vurğulayıb.

İqtisadçı ekspert Vüqar Bayramov da Sputnik-ə açıqlamasında bildirib ki, neftin qiymətinin 25 dollar götürülməsi neft sektorundan daxilolmaların azalmasına gətirib çıxara bilər: "Belə olan halda hökümət yalnız qeyri-neft sektorundan daxilolmaların artmasına nail olarsa, büdcə gəlirlərində də tarazlığı qoruyub saxlaya bilər".

Onun sözlərinə görə, dövlət büdcəsində neftin qiyməti 50 dollar götürüləndə, neft sektorunun payı ümumi gəlirlərin 51,2 %- i təşkil edəcəkdi: "Bu əslində ondan xəbər verir ki, neft sektoru yenə dövlət büdcəsinin yarıdan çoxunu formalaşdırır. Neftin qiymətinin aşağı götürülməsi o halda lahiyələrin və eləcə də daxilolmaların azalmasına imkan verməyəcək ki, Dövlət Neft Fondundan, habelə qeyri-neft sektorundan daxilolmalar çoxalsın. Əgər hökümət qeyri-neft sektorundan daxilolmaların artmasına nail ola bilərsə, təbii ki, büdcə gəlirlərində də tarazlığı qoruyub saxlaya bilər".

Ekspertin fikrincə, manatın devalvasiyasından sonra Dövlət Neft Fondunun manat hesabında transfertlərinin artırılması mümkündür. "Nəzərə alsaq ki, Dövlət Neft Fondunun gəliri dollarla, xərci isə manatladır, deməli, devalvasiya nəticəsində Fond dollar ehtiyyatlarına müəyyən qədər qənaət etmək imkanı qazanıb".

Natiq Cəfərlinin fikrincə, 2016-cı ilin dövlət büdcəsində ciddi kəsir də nəzərdə tutulur: "Hələlik xərcləmələrdə müəyyən dərəcədə artıma gedilir. Xərcləmələrdə olan artım bəzi lahiyələrin davam etdirilməsi üçün mənbə yaradılmasına xidmət edəcək. Təmir-tikinti işlərində müəyyən dərəcədə bəzi lahiyələrin bərpa olunması yeni iş yerlərinin yaranmasına səbəb ola bilər. Amma, təbii ki, bu, dayanıqlı və uzun müddətli iş yerləri olmaycaq. Amma, ən azından təmir-tikintinin bir az canlanması müvəqqəti də olsa, yeni iş yerlərinin yaranmasına, müəyyən insanların işlə təmin olunmasına xidmət göstərəcək. Hər halda indiki şəraitdə müvəqqəti də olsa, müəyyən sosial problemlərin həll olunması üçün belə lahiyələrin davam etdirilməsi, ən azından qısa vaxtda müəyyən insanların işlə təmin olunmasında mühüm rol oynayacaq".

BP şirkəti - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya nəhəngi Azərbaycanda da ixtisarlara başlayır

V. Bayramovun isə post-neft dövrünə uyğun büdcə xərclərinin necə həyata keçirilməsi ilə bağlı təklifləri var: "Xərclərin artırılması iki istiqamət üzrə həyata keçirilməlidir: Birinci, sosial istiqamət üzrə, təklif edirəm ki, bu baxımdan sosial istiqamətdən birbaşa əmək haqqı artımları ilə bağlı xərclərin artırılması həyata keçirlisin. İkincisi, isə birbaşa real sektorun dəstəklənməsi ilə olan xərclərlə bağlıdır. Burada, xüsusən də sahibkarlara güzəştli kreditlərin verilməsi yoluyla real sektorun dəstəklənməsinə nail olmaq lazımdır. Ona görə məncə, önəmli büdcə gəlirlərinin hansı həcmdə olması deyil. Önəmli olan büdcə gəlirlərinin necə bölüşdürülməsidir".

Yenilənmiş büdcə dəyişikliklərinin bu ay parlamentin müzakirəsinə çıxarılması gözlənilir. Azərbaycan rəsmiləri ümid edirlər ki, neftin bir barelinin dəyəri 25 dollardan aşağı düşməyəcək.

Xəbər lenti
0