BAKI, 18 fev — Sputnik. Bu gecədən başlayaraq Bakıya yağan yağış ucbatından, sel küçələri bürüyüb. Bəzi küçələr iflic vəziyyətinə düşüb. Bu vəziyyət, xüsusilə sürücülərlə piyadaların "toqquşmaları" ilə müşahidə olunur.
Uzun illərdir paytaxt yollarını yüksək səviyyəyə çatdırmaq üçün milyonlarla pul xərclənir. Əsasən də mərkəzi yollar qazılır, düzəldilir. Lakin heç bir xeyri olmur. Pullar da havayı yerə israf olunur. Bu adi yağış sübut edir ki, paytaxtda tullantı sularının axıdılması ilə bağlı şəbəkə bəzi yerlərdə ümumiyyətlə quraşdırılmayıb, bəzi yerlərdə isə düzgün quraşdırılmayıb.
Maraqlıdır, bəs bu işlər xarici ölkələrdə necə tənzimlənir? İnkişaf etmiş dövlətlərdə yol çəkilərkən xüsusi yeraltı drenaj sistemi quraşdırılır. Belə ki, yol elə formada hazırlanır ki, yağış suyu həm maşınların hərəkətinə maneə olmur, həm də bu su axıb yolun kənarındakı drenaj kanalına yığılır.
Bundan başqa, yolun öz üzərində suları drenaj sisteminə aparan incə yarıqlar olur. Onu heç kim hiss etmir. Bizdə isə bu cür sistemlər, təəssüf ki, hələ quraşdırılmayıb. Üstəlik bu qədər pullar xərclənməsinə baxmayaraq…