Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan, Gürcüstan və Qazaxıstan birgə konsorsium yaradacaq

© livejurnal.ruDəmiryolu xətti
Dəmiryolu xətti - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar Tbilisidə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.

BAKI, 18 fev — Sputnik. Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumu yaradılmasına dair razılığa gəlib. "Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Tbilisidə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub.

Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.

"Bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq", — deyə Qazaxıstan baş nazirinin müavini Bakitjan Sagintayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Batumi limanı və Batumi neft terminalındakı səhmlərindən imtina etmək niyyətində deyil, çünki bu, Transxəzər tranzit marşrutu ilə bağlıdır. B.Sagintayev qeyd edib ki, Qazaxıstan investorları onların səhmlərinin istənilən risklərdən qorunmasında maraqlıdır.

Xəbər lenti
0